IQNA

Filippində "Aşura və İmam Hüseyn (ə) qiyamı" yarışı keçirilib

7:46 - December 11, 2018
Xəbər sayı: 3484324
Filippində keçirilən "Aşura və İmam Hüseyn (ə) qiyamıt" adlı mədəni və elmi yarışlarda müsəlman və xristian yeniyetmə və cavanlar iştirak ediblər.

Filippində İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Filippində keçirilən "Aşura və İmam Hüseyn (ə) qiyamıt" adlı mədəni və elmi yarışlarda müsəlman və xristian yeniyetmə və cavanlar iştirak ediblər.

"İran və Filippin dostluğu" müəssisəsi tərəfindən təşkil edilən bu yarışlar İran İslam Respublikasının Manildəki Mədəniyyət Mərkəzində keçirilib.

Yarışlar keçən həftənin bazar günü, 9 Dekabr 2018-ci il, İran və Filippinin İstedalı Qadınlar Dərnəyi və İranın Manildəki Hüsnxətt Ustadları Birliyinin həmkarlığı ilə keçirilib.

Aşura qiyamı yarışlarının çərçivəsində 16 hüsnxətt tablosu və 22 rəsm əsəri sərgilənib. Əsərləri İran və Filippindən olan müsəlman və xsitsitan hakimlər qiymətləndirib. Sonda isə üç əsər sərginin qalibi olaraq seçilib.

Yarışların yekun mərasimdə İran İslam Respublikasının Manildəki Mədəniyyət Mərkəzinin rəisi Məhəmməd Cəfəri Məlik, "İran və Filippin dostluğu" müəssisəsinin rəisi və Filippin dövlət universitetinin ustadı Henilitu Siviliya və İran və Filippinin İstedalı Qadınlar Dərnəyinin baş katibi Zeynəb Havir AŞURA qiyamının tarixi, fəlsəfəsi və digər cəhətləri barədə danışıblar.

http://iqna.ir/fa/news/3771308  

رقابت مسلمانان و مسیحیان در مسابقه عاشورایی فیلیپین+عکس

رقابت مسلمانان و مسیحیان در مسابقه عاشورایی فیلیپین+عکس

رقابت مسلمانان و مسیحیان در مسابقه عاشورایی فیلیپین+عکس

Teqlər: aşura ، filippin ، yarış
captcha