IQNA

İŞİD-in Əfqanıstandakı başçısı öldürüldü

23:37 - December 15, 2018
Xəbər sayı: 3484352
Məlumata görə, İŞİD terrorçularının Əfqanıstandakı başçısı Əbu Səid Urkəzi Amerika hərbiçilərinin hücumu zamanı bu gün, həftənin Şənbə günü, 15 Dekabr 2018-ci il, öldürülüb.

İŞİD-in Əfqanıstandakı başçısı öldürüldüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İŞİD terrorçularının Əfqanıstandakı başçısı öldürülüb. Bu barədə Amerikalı hərbiçilər xəbər verib.

Məlumata görə, İŞİD terrorçularının Əfqanıstandakı başçısı Əbu Səid Urkəzi Amerika hərbiçilərinin hücumu zamanı bu gün, həftənin Şənbə günü, 15 Dekabr 2018-ci il, öldürülüb.

General Martin L. O. Danel (Amerikanın Əfqanıstandakı dəstəkçi komandosunun başçısı və Əfqan döyüşçülərinin təlimçisi) bu barədə deyib: Amerika hərbiçiləri Əfqanıstanın şərqində, Nəngərhar əyalətində keçirdiyi anti-terrorizm əməliyyatı zamanı Əbu Səid Urkəzini öldürüblər.

Amerikalı general iddia edib ki, Əfqanıstanın prezidenti Məhəmməd Əşrəf Ğəni bu məlumatı təsdiqləyib.

Əfqanıstanın Nəngərhar əyalətinin meri deyib: Əbu Səid Urkəzi ləqəbi ilə tanından Sə`d Ərhabi İŞİD terror təşkilatının Əfqanıstandakı 4-cü rəhbəri idi. O, Pakistandan Əfqanıstana gələrək İŞİD-ə rəhbərliyi 2017-ci ilin İyul ayında öhdəsinə götürmüşdü.

http://iqna.ir/fa/news/3772436

 

Teqlər: İŞİd ، Əfqanistan ، pakistan ، iqna
captcha