IQNA

Ərəb dili Qurana görə əhəmiyyətlidir

8:26 - December 19, 2018
Xəbər sayı: 3484375
Misrin əl-Əzhər İslam Mərkəzinin müftisi Şövqi Əllam "beynəlxalq Ərəb dili günü festivalı"nda dedi: Ərəb dili Qurani-Kərimə görə əhəmiyyətlidir.

Ərəb dili Qurana görə əhəmiyyətlidirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin müftisi Şövqi Əllam "beynəlxalq Ərəb dili günü festivalı"nda dedi: Ərəb dili Qurani-Kərimə görə əhəmiyyətlidir.

Dünən, həftənin ikincü günü, 18 Dekabr 2018-ci il, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) qərargahında keçirilən "Ərəb dili günü festivalı"nda çıxış edən Misrin əl-Əzhər İslam Mərkəzinin müftisi Şövqi Əllam vurğulayıb: Ərəb dilinin qorunması, inkişaf etdirilməsi və gücləndirilməsi milli zərurətdir.

Doktor Şövqi Əllam əlavə etdi: Ərəb dilini dünya dilləri arasında ən qədim dillərindən biri sayılır.

Misrin əl-Əzhər İslam Mərkəzinin müftisi vurğuladı: Dünya səviyyəsində Ərəb dilinin bu qədər əhəmiyyətli olması Qurani-Kərimin Ərəb dilində olmasına görədir və Ərəb dili Quranın dərkinə kömək edir.

Qeyd edək ki, hər il Dekabr ayının 18-i beynəlxalq ərəb dili günüdür. BMT (Birləşmiş Millətlər Təşkilatı)  1973-cü ildə Ərəb dilini bu təşkilatın rəsmi dillərindən biri elan etdi.

http://iqna.ir/fa/news/3773754

Teqlər: bmt ، iqna ، ərəb dili
captcha