IQNA

Misrdə 24 yeni Quran mədrəsəsi açılıb

23:41 - December 19, 2018
Xəbər sayı: 3484382
Misrin Vəfqlər Naziri 2018-ci ilin sonunadək ölkənin müxtəlif şəhərlərində 24 yeni Quran mədrəsəsinin istifadəyə veriləcəyini xəbər verib.

Misrdə 24 yeni Quran mədrəsəsi açılıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Vəfqlər Naziri 2018-ci ilin sonunadək ölkənin müxtəlif şəhərlərində 24 yeni Quran mədrəsəsinin istifadəyə veriləcəyini xəbər verib.

Misrin Vəfqlər Naziri elan edib: Cari ilin sonunadək istifadəyə veriləcək bu mədrəsələr nazirliyin Qurani-Kərimə xidmət və Quranın pulsuz öyrədilməsi layihəsi çərçivəsində təsis edilmişdir.

Vəqflər Nazirliyinin məlumatına əsasən, yeni istifadəyə veriləcək 24 mədrəsə ilə birlikdə Misrdə 788 Quran hifzi mədrəsəsi fəaliyyət göstərir.

Nazirliyinin elanında bu da bildirilib ki, ən yaxın günlərində yeni Quran mədrəsələrin məkanlarını və fəaliyyətə başlayacağı tarix elan ediləcək. Bundan sonra isə valideynlər öz uşaqlarını yaşadıqları ünvana ən yaxın mədrəsəyə göndərə biləcəklər.  

http://iqna.ir/fa/news/3774096  

Teqlər: misr ، Quran mədrəsəsi ، iqna
captcha