IQNA

İraq müshəfi beynəlxalq iclasda müzakirə edili

23:13 - December 20, 2018
Xəbər sayı: 3484386
İraqlı hüsnxətt ustadlarının kitabət etdikləri Qurani-Kərim nüsəxsi (İraq Müshəfi) barədə Quranın çapına nəzarət edən beynəlxalq texniki komiətinin iclası keçirildi.

İraq müshəfi beynəlxalq iclasda müzakirə ediliİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqlı hüsnxətt ustadlarının kitabət etdikləri Qurani-Kərim nüsəxsi (İraq Müshəfi) barədə Quranın çapına nəzarət edən beynəlxalq texniki komiətinin iclası keçirildi.

Bu iclas cari həftənin ikincü günü (18 Dekabr 2018-ci il) İraq şiələrinin vəqflər idarəsinin Milli Quran Elmləri Mərkəzinin təşəbbüsü ilə keçirilib.

Bağdadda keçirilən clasda İraq şiələrinin vəqflər idarəsinin rəisi Seyid Əla Musəvi, İordaniyalı Quran hakimi və Quranın çapına nəzarət edən beynəlxalq komitənin üzvü Səmih Xalid Əhməd Osmanə, İraqın Milli Quran Elmləri Mərkəzinin rəisi Rafe əl-Amiri, Misrli Quran hakimi Əbdülkərim Saleh, Mərakeşli hakim Məhəmməd Ətfay, İranlı hakim Həmidrza Müstəfid, Sudanlı hakim Əli Məbruk Zeyn  və İslam dünyasının tanınmış Quran ustadları iştirak ediblər.

İclasda "iraq müshəfi" hüsnxətt, səslərin həriflər üzərində qoyuluşu, xüsusi Quran sözlərinin düzgün yazılışı, təcvid işarələri, surələrin adları və digər texniki məsələlər baxımından araşdırılıb.

Bu müshəfin elmi və texniki yazılışına nəzarəti İraqın hüsnxətt ustadları dərnəyi öhdəsinə götürmüşdür.

İraq şiələrinin vəqflər idarəsinin Milli Quran Elmləri Mərkəzinin təşəbbüsü və İraqlı hüsnxətt ustadları tərəfindən yazılan bu Quran nüsxəsinin (İraq Müshəfi) açılış mərasimi yaxın günlərdə keçiriləcəkdir.   

http://iqna.ir/fa/news/3773860

سمپوزیوم بین‌المللی قرآن با خوشنویسی عراقی
 
سمپوزیوم بین‌المللی قرآن با خوشنویسی عراقی
 
سمپوزیوم بین‌المللی قرآن با خوشنویسی عراقی
captcha