IQNA

Avropa Birliyi Quran araşdırmasına büdcə ayırdı

17:27 - December 21, 2018
Xəbər sayı: 3484388
Avropa Birliyi (Aİ) Avropanın xristianlar yaşayan ərazilərində Qurani-Kərimin yazılması, tərcüməsi və təfsirinin tarixi barədə araşdırma işi üçün 10 milyon avro büdcə ayırdı.

Avropa Birliyi Quran araşdırmasına büdcə ayırdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropa Birliyi (Aİ) Avropanın xristianlar yaşayan ərazilərində Qurani-Kərimin yazılması, tərcüməsi və təfsirinin tarixi barədə araşdırma işi üçün 10 milyon avro büdcə ayırdı.
Avropa Birliyi bu araşdırma işini İspaniyalı tarixçi və araşdırmaçı xanım "Mercedes Garsia-Arenal"a tapşırıb.
İspaniyalı tarixçinin "Avropa Quranı" adlı elmi araşdırması üçün altı il müddət nəzərdə tutulub.
İspaniyalı alim bu araşdırma işində Qurani-Kərimin Avropa xristianları arasında yayılması tarixi, avropalıların həyatında Avropa mədəniyyətində və milli məfkurəsində nüfuzu, tərcümə və təfsiri barədə məlumatları araşdıracaq.
Xanım "Mercedes Garsia-Arenal" bu barədə deyib: Araşdırma işi keçmiş dövrlərdən renesans (intibah) dövrünədək zamanı əhatə edərək. Avropalılar güman edirlər ki, İslam ikinci dünya müharibəsindən və Avropa ipmeratorluqları kiçik ölkələrə bölündükdən sonra Avropaya gəlib. Halbuki Qurani-Kərimin Latın dilinə ilk tərcüməsi 12-ci əsrə aiddir. Həmin dövrdə bəzi xristian təriqətləri çalışırdılar ki, Quranı yalanlarla dolu bir kitab kimi təqdim etsinlər.   
http://iqna.ir/fa/news/3774176

Teqlər: iqna ، quran ، avropa
captcha