IQNA

Yapaniyada Quran yarışlarının qalibləri mükafatlandırıldı

23:56 - December 23, 2018
Xəbər sayı: 3484405
İran İslam Respublikasının Yaponiyadakı Mədəniyyət Mərkəzində keçirilən "İranlılarla bir gecə" adlı mərasimdə Qurani-Kərimin təfsiri üzrə yarışların qalibləri mükafatlandırılıblar.

Yapaniyada Quran yarışlarının qalibləri mükafatlandırıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Yaponiyadakı Mədəniyyət Mərkəzində keçirilən "İranlılarla bir gecə" adlı mərasimdə Qurani-Kərimin təfsiri üzrə yarışların qalibləri mükafatlandırılıblar.

Cari həftənin Şənbə günü (22 Dekabr 2018-ci il), Yaponiyanın "Shinagawa" şəhərinin bələdiyyəsinin "Kyuryan" kompleksində İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Yelda" (qışın ən uzun gecəsi) mərasimi keçirilib.

Mərasimdə İran və Yaponiyanın qədim xalq musiqiləri icra edilib. Virtual foto yarışları keçirilib. Habelə İran İslam Respublikası Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilmiş Qurani-Kərimin məfhumları yarışının qalibləri mükafatlandırılıblar.

Qeyd edək ki, Qurani-Kərimin məfhumları yarışları cari ilin Məhərrəm ayında Fars və İngilis dillərində keçirilmişdi.

http://iqna.ir/fa/news/3774572

برترین‌های مسابقه قرآن ژاپن تجلیل می‌شوند

Teqlər: iqna ، iran ، yaponiya ، yelda gecəsi
captcha