İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Milad Bayramı hər il Dekabr ayının 25-də dünya xristianları tərəfindən Həzrət İsa ibn Məryəmin (ə) mübarək mövludu münasibəti ilə keçirilir. Xristian dininin bəzi məzhəbləri bu bayramı Yanvar ayının 6-da və bəziləri də Yanvar ayının 7-də qeyd edirlər.
İngiltərənin paytaxtı London şəhərinin "Anqlikan kilsəsi"nin nəzdində fəaliyyət göstərən "Mariya Maqdalena" kilsəsinin keşişi suriya əsilli Nədim Nəsar İQNA ilə müsahibəsində qərb ölkələrində keçirilən "milad bayramı" barədə danışaraq dedi: Bu gün, əksər qərb ölkələrində Milad Bayramı ayinləri hədiyyə vermək və yemək yeməkdə xülasə edilib. Amma həqiqi xristian və məsihi o kəsdir ki, dünyada sülhün, barışın və dostluğun bərqərar olması üçün dua edir, İncil oxuyur və qohumlarını yoxlayır.
O əlavə etdi: Həzrət İsa Məsih (ə) dostluq, məhəbbət, sülh və tolerantlıq rəmzidir. Həzrət İsa Məsih (ə) bu barədə buyurur: "Öz düşmənlərinizi sevin ki, (həyatınıza, dünyanıza) bərəkət nazil olsun". O Həzrət (ə) bu sözü ilə bizə buyurur ki, biz kiminləsə düşmən deyilik, bütün insanlar bərabərdir, Allahın xəlifəsidirlər.
Nədim Nəsar dedi: Biz məsihilər (xristianlar) inanırıq ki, Allah eşq və sevgidir. Kim Allahı sevsə, Allah da onu sevəcək. Allah eşqdirsə, dünyanı da belə yaratmışdır. Buna görə də insanlar bir-birinin düşməni olmamalıdır. Bütün millətlər, dinlər və mədəniyyətlər qardaşdırlar və bərabərdirlər.
"Mariya Maqdalena" kilsəsinin keşişi vurğuladı: Allah-Taala Qurani-Kərimdə Hücürat surəsində (ayə:13) buyurur:
«يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا»
"Ey insanlar, biz sizi bir kişi və bir qadından yaratıq, sizi tayfalara ayırdıq ki, bir-birinizi tanıyasınız".
Qurani-Kərimin bu ayəsindən istifadə edilir ki, insanlar bir-birini tanımalıdırlar, bir-birlərini sevməlidirlər.
http://iqna.ir/fa/news/3775296