IQNA

Keşiş Ayətullah Sistaniyə təşəkkür etdi

23:26 - December 26, 2018
Xəbər sayı: 3484425
İraqın paytaxtı Bağdadın Anqlikan kilsəsinin keşişi Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının idarə heyətinin nümayəndələri ilə görüşüb.

Keşiş Ayətullah Sistaniyə təşəkkür etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İraqın paytaxtı Bağdadın Anqlikan kilsəsinin keşişi Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının idarə heyətinin nümayəndələri ilə görüşüb.

Həzrət İsa Məsihin (ə) mübarək mövludu və yeni milad ilinin başlanması münasibəti ilə keçirilən bu görüşdə keşiş Faiz Corciyus şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaniyə verdiyi tarixi qərara görə təşəkkür edib.

O vurğulayıb: Bu görüş İmam Hüseynin (ə) ziyarətgahı ilə əlaqələrin yaradılması və İraqda vəhdətin qorunması və milli kimliyin gücləndirilməsi üçün bir başlanğıcdır. Milli kimliyin və vəhdətin qorunması ölkənin təhlükəsizliyini və çiçəklənməsini təmin edir.  

Həzrət İmam Hüseynin (ə) ziyarətgahının idarə heyətinin rəisi Şeyx Xəlil Əlyavi bu barədə deyib: İraq məsihilərinə (xristian) Həzrət İsa Məsihin (ə) mübarək mövludu və yeni milad ili münasibəti ilə təbrik demək üçün bu görüşə getmişdik. Hədəfimiz dostluq, sevgi və tolerantlıq sahəsində əlaqələrinin gücləndirilməsi, ədalət və sülh mədəniyyətinin yayılması və radikalizm və terrorizmlə mübarizədir.

Qeyd edək ki, İraqın paytaxtı Bağdad şəhərinin ən qədim binlarından biri olan Anqlikan kilsəsi 1840-cı ildə tikilib və həzmin zamandan da fəaliyyət göstərir.

http://iqna.ir/fa/news/3775860  

در آستانه سال نو میلادی صورت گرفت:تمجید اسقف کلیسای انگلیکان بغداد از مواضع آیت‌الله سیستانی
 
در آستانه سال نو میلادی صورت گرفت:تمجید اسقف کلیسای انگلیکان بغداد از مواضع آیت‌الله سیستانی
 
Teqlər: İraq ، kilsə ، bağdad ، imam hüseyn
captcha