İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın şimalında yerləşən Tripoli şəhərində Qurani-Kərimi əzbər bilən 80 nəfər xanım mükafatlandırıldı.
Quran hafizi olan 80 nəfər xanımın təqdiri mərasimi "əş-Şimal" əyaləti və Tripolinin müftisi Şeyx Malik Şəarın və "əl-Bəyan Quran Mərkəzi və İslam Birliyi"nin dəstəyi ilə keçirildi.
Qurani-Kərimi 5-cüzdən 30-cüzədək əzbər bilən xanımların mükafatlandırılması mərasimi Qurani-Kərimin tilavəti ilə başlayıb. Quranı Livanın Əkar şəhərinin şeyxul-qürrası Xalid Bərəkat tilavət edib. Daha sonra isə "əl-Bəyan Quran Mərkəzi və İslam Birliyi"nin rəisi Şeyx Əhməd Şəirani və Tripolinin müftisi Mali Şəar çıxış ediblər.
Cümə günü (28 Dekabr 2018-ci il) keçirilən bu mərasimdə Livanın tanınmış din, elm, mədəniyyət, incəsənət və siyasiət adamları iştirak ediblər. Mərasim çərçivəsində "əl-Bəyan İslam Mərkəzi"nin 3-cü sərgisi də keçirilib.