IQNA

İraq müftilər birliyi Milad bayramı təbrikini caiz elan etdi

10:33 - December 30, 2018
Xəbər sayı: 3484444
İraq Əhli-Sünnə məzhəbinin böyük müftisinin milad bayramını və İsa Məsihin (ə) anadan olmasını təbrik deməyi qadağan etməsinin ardınca bu ölkənin müftilər birliyi həmin fətvanı ləğv hesab edib.

İraq müftilər birliyi Milad bayramı təbrikini caiz elan etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq Əhli-Sünnə məzhəbinin böyük müftisinin milad bayramını və İsa Məsihin (ə) anadan olmasını təbrik deməyi qadağan etməsinin ardınca bu ölkənin müftilər birliyi həmin fətvanı ləğv hesab edib.

İraq Fəqihlər Şurası bu barədə bəyaniyyə yayaraq elan edib ki, Həzrət İsa Məsihin (ə) mövludunu və Milad bayramını xristianlara təbrik demək olar. Bu məsələnin müsəlmanlar arasında intellektual qarşıdurma formasında davam etməsi absurddur.

Fəqihlər Şurası bəyaniyyədə Qurani-Kərimin Mümtəhənə surəsinin 8-ci ayəsinə istinad edərək yazıb: Bu ayəyə əsasən müsəlmanlara qarşı kinə və nifrəti olmayan və müsəlmanlarla müharibə etməyən qeyri-müsəlmanlara yaxşılıq etmək caizdir.

Bəyaniyyədə vurğulanır: Xristianlar bizim qardaşlarımızdır. Onlar da bizim ki, ölkədəki müsibətlərə düçar olublar. Bizim dinimizi onlara ləkəli göstəriblər. Buna görə də onların bizim üzərimizdə olan haqqı budur ki, onlara yaxşılıq edək.

Fəqihlər Şurası sonda vurğulayıb: Təbrik deməyin icazəli olmasının mənası onların bizim şəriətə zidd olan ayin və məclislərində iştirak etmək mənasını daşımır.

Qeyd edək ki, cari həftənin Cüməaxşamı günü İraqın Əhli-Sünnə Darul-İftasının rəisi fətva verərək xristianlara milad bayramını təbrik deməyi qadağan elan etmişdi. Bu fətva sosial şəbəkələrdə və habelə kilsə və siyasətçilər səviyyəsində etiraz dalğası yaratdığı üçün İraqın Fəqihlər Şurası məsələ barədə açıqlama verib.

Bu barədə şiələrin təqlid mərsəci Ayətullah Üzma Seyyid Sistaninin fətvasına əsasən qeyri-müsəlmanlara onların bayramlarını təbrik demək olar.    

http://iqna.ir/fa/news/3776759  

captcha