IQNA

Ortodoks xristianların rəhbəri: Quran oxuyuram

23:10 - January 05, 2019
Xəbər sayı: 3484476
İran İslam Respublikasının Suriyanın paytaxtı Dəməşqdəki Mədəniyyət Mərkəzinin məsulu Məhəmmədhadi Təsxiri suriyalı ortodoks xristianların rəhbəri 10-cu Patrik Yuhənna Yazci ilə görüşüb.

Ortodoks xristianların rəhbəri: Quran oxuyuramİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının Suriyanın paytaxtı Dəməşqdəki Mədəniyyət Mərkəzinin məsulu Məhəmmədhadi Təsxiri suriyalı ortodoks xristianların rəhbəri ilə görüşüb.

Məhəmmədhadi Təsxiri milad bayramı və yeni milad ili münasibəti ilə xristianların rəhbərinə təbrik deyib və onu İranın Məşhəd şəhərində keçiriləcək "İmam Rza (ə) və dinlərarası dialoq" konfransına dəvət edib.

10-cu Patrik Yuhənna Yazci bu görüşdə deyib: İran İslam Respublikası ilk gündən dinlərarası dostluq və tolerantlığı dəstəkləyib və bütün məzhəblərin davamçıları ilə yaxşı əlaqələr qurub. Bu, həmin o  şeydir ki, işğalçı sionist düşmən ondan qorxur.  

O əlavə edib: Bizim müştərək düşmənlərimiz vardır. Çünki Suriya və region ölkələrində baş verənlərdə təkcə hədəf müsəlmanlar deyildi, xristianlar da terrorun həfədi idilər və çoxlu zərər gördülər, kilsələri dağıdıldı və şəhidlər verdilər.

Suriyanın ortodoks xristianlarının rəhbəri 10-cu Patrik Yuhənna Yazci İran İslam Respublikasının Dəməşqdəki Mədəniyyət Mərkəzinin məsulu ilə görüşündə deyib: Xristianların rəhbəri olaraq hər gün eşqlə Quran oxuyuram və müsəlmanların müqəddəs kitabından istifadə edirəm.

http://iqna.ir/fa/news/3778484  

Teqlər: iqna ، yazci ، yuhənna ، suriya ، patrik ، iran
captcha