IQNA

əl-Əzhərin tələbələri polis tərəfindən saxlanılır

23:55 - January 08, 2019
Xəbər sayı: 3484495
Qahirədə kilsədə törədilən terror hadisəsinin ardınca Qahirə polisi əl-Əzhər İslam Universitetinin Nəsr qəsəbəsində yaşayan tələbələrini həbs edərək naməlum məkana aparıblar.

əl-Əzhərin tələbələri polis tərəfindən saxlanılırİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Xəbər verdiyimiz kimi keçən həftənin Şənbə günü (5 Yanvar 2019) Misrin paytaxtı Qahirənin şərqində yerləşən Nəsr qəsəbəsindəki Əbu Seyfeyn kilsəsinin həyətində partlayış törədilmişdi. Həmin hadisədə partlayıcını zərəsizləşdirən mütəxəssis həlak olmuş və digər iki polis əməkdaşı yaralanmışdılar.

Bu hadisənin ardınca Qahirə polisi əl-Əzhər İslam Universitetinin Nəsr qəsəbəsində yaşayan tələbələrini həbs edərək naməlum məkana aparıb.

Şahidlərin dediyinə görə, polis nəfərləri 8 zirehli maşınla tələbələrin yataqxanasına hücum etmişdir. Onlar tələbələri döyərək onların mobil telefonları və sənədlərini əllərindən almışlar. Polis müstəntiqləri tələbələri hicab, rübənd və qibtilərə milad bayramını təbrik demək barədə sorğu-sual ediblər. Polislər tələbələrdən dörd nəfərini həbs edərək aparıblar.

əl-Əzhər tələbələrinin sözçüsü və media aktivisti Abdullah Mahi mövcud rejimin dini məsələlərə qarşı çılğınlıq göstərdiyini vurğulayıb.

Misrin "Ədalət və Azadlıq Təşkilatı"nın 2016-cı ilin hesabatına görə, 2013-cü ildə Misrdə həbs edilən 2622 tələbənin 1162 nəfəri, 2015-ci ildə həbs edilən 761 tələbənin 203 nəfəri və 2016-cı ildə həbs edilən 89 tələbənin 28 nəfəri əl-Əzhər Universitetinin tələbəsi olub.  

http://iqna.ir/fa/news/3779565

Teqlər: iqna ، qahirə ، terror ، kilsə
captcha