IQNA

Dinlər Həmrəylik Konfransında Quran və Müqəddəs Kitabın qiraəti  

0:48 - January 15, 2019
Xəbər sayı: 3484526
"Dinlərin mənəvi həmrəyliyi İranın ucalığı üçün" devizi ilə keçirilən Dinlər Həmrəylik Konfransı İslami Təbliğat və Əlaqələr Təşkilatında Quran, İncil, Tövrat və Avestanın qiraəti ilə başlayıb.

Dinlər Həmrəylik Konfransında Quran və Müqəddəs Kitabın qiraəti  İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin birinci günü, 14 Yanvar 2019-cu il,  İran İslam Respublikasının İslam İnqilabı qələbəsinin 40-cı ildönümü münasibəti ilə İslami Təbliğat və Əlaqələr Təşkilatının "əz-Zəhra (s)" Hüseyniyyəsində müxtəlif dinlərin nümayəndələri və tanınmış dini, elmi, siyasi şəxsiyyətlər, şəhid ailələri və incəsənət və mədəniyyət sahəsinin məşhurlarının iştirakı ilə həmrəylik konfransı keçirilib.

"Dinlərin mənəvi həmrəyliyi İranın ucalığı üçün" devizi ilə keçirilən Dinlər Həmrəylik Konfransı İslami Təbliğat və Əlaqələr Təşkilatında Quran, İncil, Tövrat və Avestanın qiraəti ilə başlayıb.

Konfransda Höccətul-İslam vəl-müslimin Məhəmməd Mehdi Təsxiri (İslami Təbliğat və Əlaqələr Təşkilatının dinlər və mədəniyyətlərarası dialoq mərkəzinin rəisi) və İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəmani çıxış edərək İslam İnqilabının İran xalqına bəxş etdiyi uğur və nailiyyətlərdən, habelə ölkədəki dini və irqi zəmindəki sabitlik və dostluqdan danışıblar.  

http://iqna.ir/fa/news/3781167  

captcha