İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin işğal altında olan Hayfa şəhərində "Müqəddəs əşyalar" adlı sərgi fələstinli xristianların etirazına səbəb olub.
Bildirilir ki, sərgidə nümayiş olunan rəsm əsərlərində Həzrət Məryəm (s), İsa Peyğəmbər (ə) və xristianların müqəddəs saydığı əşyalar və şəxslər təhqir olunub.
Sərginin keçirildiyi muzey qarşısında toplaşan xristianlar işğalçı İsrail rejimi əleyhinə şüarlar səsləndiriblər. Qeyd olunub ki, İsrail rejimi heç bir dinə və dəyərə hörmət eləmir.
Fələstində fəaliyyət göstərən xristian və müsəlman aktivistləri bəyaniyyə yayaraq yəhudiləri irqçi adlandırmış və onların "söz azadlığı" pərdəsi altında atdıqları bu addımın arzuolunmaz sonluq ilə bitə biləcəyini vurğulamışlar.