İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-məsa" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Əlcəzayirin Xənşələ əyalətində papirus kağızlar üzərinə yazılmış 1000 il tarixi olan Qurani-Kərimin əlyazma nüsxəsi nümayiş olunub.
Hazırda Əlcəzayirin Xənşələ əyalətinin Zaviyə kəndində keçirilən "Nur" festivalında tarixi min il olan əlyazma Qurani-Kərim nüsxəsi sərgiyə çıxarılıb.
Qədim tarixə malik bu Quran nüsxəsinin sahibi həmin rayonda yaşayan yerli sakinlərdən biridir. Onun dediyinə görə, bu nüsxə ona miras olaraq çatıb. Onun "amaziği" (bərbər) əcadadı bu nüsxəni özləri ilə "Saqiyətul-Həmra" bölgəsindən gətiriblər.