İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Cəddə universitetinin direktoru universitetin nəzdində Quran Elmləri İnstitutunun açılmasını xəbər verib.
Ərəbistanın Cəddə universitetinin direktoru Ədnan əl-Həmid deyib: Bu institut universitetin layihələrinin yenilənməsi çərçivəsində və Quran elmləri sahəsində elmi araşdırmalara münasib şərait yaratmaq hədəfi ilə təsis edilmişdir.
Ərəbistanın ən böyük tələbələrarası yarışlar mərasimində çıxış edən Ədnan Həmid əlavə edib: Tələbələr arasındakı Quran yarışları universitetin Qurana xidmət və Quran elmləri sahəsində araşdırmalarına əhəmiyyət verməsi cəhətində addımdır.
Qeyd edək ki, Ərəbistanın tələbələr arasında 10-cu Quran yarışları 21 universitetdən 500 tələbənin iştirakı ilə keçirilir. Bu yarışlar həftənin Cümə günü (25 Yanvar 2019) öz işini yukunlaşdıracaq.