IQNA

Fransanın həftəlik qəzeti İslami abidələrdən yazdı

8:58 - January 29, 2019
Xəbər sayı: 3484599
Fransanın "TeleRama" həftəlik qəzeti yeni buraxılışında İslam dünyasının ən qədim, ən mühüm və ən gözəl dini abidələrindən fotolar və məlumatlar paylaşıb.

Fransanın həftəlik qəzeti İslami abidələrdən yazdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın "TeleRama" həftəlik qəzeti yeni buraxılışında İslam dünyasının ən qədim, ən mühüm və ən gözəl dini abidələrindən fotolar və məlumatlar paylaşıb.

Qəzetdə İspaniyanın Əndəlüs adlandığı zaman tikilmiş Kordoba (Qortube) məscini barədə məlumat verilib. Məscidin 8-ci əsrdə Əməvi sülaləsi xəlifələri tərəfindən tikildiyi və Məscidul-Əqsadan önrək götürülərək tikilən ilk məscid olduğu yazılıb.

İran İslam Respublikasının Parisdəki Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinin bu barədə paylaşdığı məlumata əsasən, qəzetin yeni nömrəsində barəsində danışılan məscidlərdən biri də İranın İsfahan şəhərrinin "İmam Məscidi"dir. Qəzet məscidi memarlığın şah əsəri kompleksi adlandırıb. Şah Abbas Səfəvi məscidi 17-ci əsrdə İsfahana müqəddəs gözəllik vermək hədəfi ilə tikdirib. Paytaxtın mərkəzində tikilən məscidin ərazisi böyükdür. Memarlıq baxımından bu məscid ayırıcıdır. Yəni həmin dövrə qədər İslami tikililər bir növ xristian tikililərinə oxşayırdı. Amma bu məscidin tikilməsi ilə xalis İslami memarlıq növü yarandı. Məscidin tikilişində, xüsusi ilə də Günbəzinin hazırlanmasında memarlıq baxımından müxtəlif heyətəngiz yeniliklər yaradılıb. Məscidin lacivərd göy rəngi bu gün İranın memarlıq kimliyi kimi tanınır. Bu rəng cənnətin və mavi səmanın sivmoludur.       

http://iqna.ir/fa/news/3785105

captcha