IQNA

İranlı elmi heyət Suriya toplantısında iştirak edir

9:13 - January 29, 2019
Xəbər sayı: 3484600
Suriyanın paytaxtı Dəməşqdə keçirilən "Suriya Din Alimləri"nin 14-cü toplantısında İran İslam Respublikasının din alimlərindən ibarət elmi heyət iştirak edir.

İranlı elmi heyət Suriya toplantısında iştirak edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın paytaxtı Dəməşqdə keçirilən "Suriya Din Alimləri"nin 14-cü toplantısında İran İslam Respublikasının din alimlərindən ibarət elmi heyət iştirak edir.

İran İslam Respublikasının Suriyaya ezam edilən din alimləri ölkənin müxtəlif elmi və mənədi dariələrinin, o cümlədən İslami Təbliğat Təşkilatı, Qum Dini Elmi Hövəzəsinn Nəcəful-Əşfər nümayəndəliyi, Məzhəblərin Yaxınlaşdırılması Təşkilatı (TƏQRİB), müctəhidlərin dəftərxanaları, Qum Elmi Hövzəsinin Beynəlxalq Əlaqələr İdarəsi, Dinlər Univesiteti, Bəhreyn Şiələri Təşkilatı, Qum Elmi Hövzəsinin Radikalizmlə Mübarizə İdarəsi, vəzifəli şəxsləridir. Elmi heyətə İran İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin Suriyadakı rəsmi nümayəndəsi Ayətullah Seyyid Əbulfəzl Təbatəbai başçılıq edir.  

Qeyd edək ki, "Suriya Din Alimləri"nin 14-cü toplantısında İslam dünyasının 500 nəfər şiə və sünni alimi iştirak edəcəkdir.

http://iqna.ir/fa/news/3785300  

captcha