IQNA

Yeni ilin ilk ayında üç Quran mərkəzi təsis edildi

11:05 - January 31, 2019
Xəbər sayı: 3484610
Qətərin Dini Fondlar Nazirliyi bildirib ki, məscidlərin və Quran mərkəzlərinin genişləndirilməsi layihəsi çərçivəsində ölkənin Əbəl-Heyran, Ləbərisat və əs-Seyc regionlarında təsis edilib.  

Yeni ilin ilk ayında üç Quran mərkəzi təsis edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, yeni ilin ilk ayında (Yanvar 2019) Qətərin Dini Fondlar Nazirliyi (Vəqflər Nazirliyi) ölkədə üç məscid və Quran hifzi mərkəzinin təsis edildiyini xəbər verib.

Qətərin Dini Fondlar Nazirliyi bildirib ki, məscidlərin və Quran mərkəzlərinin genişləndirilməsi layihəsi çərçivəsində ölkənin Əbəl-Heyran, Ləbərisat və əs-Seyc regionlarında təsis edilib.

Ləbərisat məscidində 220 kişi və 48 qadın, əs-Seyc məscidində 500 kişi və 70 qadın və Əbəl-Heyran məscidində 500 kişi və 75 qadın eyni vaxtda namaz qıla biləcəkdir.

Məscidlərin hər birində imam camaat üçün ev, müəzzin üçün otaq və Quran hifzi mərkəzi kimi imkanlar da yaradılmışdır.  

http://iqna.ir/fa/news/3786068

captcha