IQNA

Suriyalı qaçqınların vətənə dönüşü davam edir - Foto

11:18 - January 31, 2019
Xəbər sayı: 3484611
İordaniyanın qaçqın düşərgələrində məskunlaşmış bir qrup öz vətənlərinə geri dönüblər. Əksəriyyətini uşaqlar və qadınlar təşkil edən bu qaçqınlar terroristlərdən geri alınmış şəhərlərində yerləşdiriliblər.

Suriyalı qaçqınların vətənə dönüşü davam edir - FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyanın qaçqın düşərgələrində məskunlaşmış bir qrup Suriyalı qaçqın öz vətənlərinə geri dönüblər.

SANA xəbər agentliyinin bu barədə yaydığı məlumata əsasən, Suriya dövlətinin bütün qaçqınların ölkəyə geri qaytarılması yönündə həyata keçirdiyi tədbirlər çərçivəsində dünən, həftənin üçüncü günü, 30 Yanvar 2019-cu il, İordaniyanın qaçqın düşərgələrində məskunlaşmış onlarla suriyalı vətənlərinə geri dönüblər.

Əksəriyyətini uşaqlar və qadınlar təşkil edən bu qaçqınlar terroristlərdən geri alınmış şəhərlərində yerləşdiriliblər.

Qeyd edək ki, keçən həftə ərzində də bir qrup qaçqın İordaniyanın Nəsib keçid məntəqəsindən keçərək ölkələrinə geri dönüblər.    

http://iqna.ir/fa/news/3786077

 

captcha