IQNA

Hindistanın 400 rayonunda əzadarlıq mərasimi keçirildi

14:56 - February 10, 2019
Xəbər sayı: 3484663
 İslam peyğəmbərinin (s) sevimli dürdanəsi Həzrət Fatimeyi-Zəhranın (s) kədərli şəhadəti münasibəti ilə Hindistanın müxtəlif regionlarını ehtiva edən 400 rayonda əzadarlıq mərasimləri keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İslam peyğəmbərinin (s) sevimli dürdanəsi Həzrət Fatimeyi-Zəhranın (s) kədərli şəhadəti münasibəti ilə Hindistanın müxtəlif regionlarını ehtiva edən 400 rayonda əzadarlıq mərasimləri keçirilib.

Dünən, həftənin Şənbə günü, 9 Fevral 2019-cu il, Hindistanın müxtəlif rayonlarının hüseyniyyə və məscidlərinə, o cümlədən Kelkete, Racistan, Cumu-Kəşmir, Utraparadeş, Məharatşitra və Banqal, Ləkhnu, Nugavan, Sərsi, Bombeyi, Yeni Dehli, Heydərabad, Səringər, Kargil və Bənglurda şiələrin izdihamlı iştirakı ilə Həzrət Zəhranın (s) şəhadət mərasimi qeyd edilib.

Şəhadət mərasimində şer deyilin, növhə və mərsiyələr oxunub, natiqlər Həzrət Zəhranın (s) həyatının müxtəlif hissələrini işıqlandırıblar.

Bəzi rayonlarda şiələr mərasimdən sonra Ali-Səud əleyhinə şürlar səsləndiriblər.

Mərasimlərdə Hidistan rəsmiləri, İran İslam Respublikasının Ali Məqamlı Rəhbərinin nümayəndəsi, Mədəniyyət Əlaqələri İdarəsinin məsulu və İİR-nın keşmiş spikeri Hədda Adi iştirak ediblər.    

http://iqna.ir/fa/news/3788836

captcha