IQNA

Küveytdə tarixi məscid kəşf edilib

1:29 - April 06, 2019
Xəbər sayı: 3484943
Küveytin Failaka adasında qədim və tarixi məscidin qalıqları kəşf edilib. Bu barədə Failaka adasında arxeoloji qazantı və araşdırmalar aparan Polşa Arxeologiya və Elmi Kəşfiyyat Dəstəsi məlumat verib.

Küveytdə tarixi məscid kəşf edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytin Failaka adasında qədim və tarixi məscidin qalıqları kəşf edilib.

Bu barədə Küveytin Failaka adasında arxeoloji qazantı və araşdırmalar aparan Polşa Arxeologiya və Elmi Kəşfiyyat Dəstəsi məlumat verib.

Küveytin Failaka adasında arxeoloji qazantı və araşdırmalar aparan Polşa Arxeologiya və Elmi Kəşfiyyat Dəstəsinin rəhbəri Aqnieziska Pinkuskaya bu barədə deyib: Bu qədim və tarixi məscidin qalıqları Failaka adasının "Xəraibud-Dəşt" kəndində kəşf edilib.

O əlavə edib: Hazırda arxeoloji qazıntı dəstəsi dördbucaqlı məscidin binasının özül qalıqlarında qazıntı işi ilə məşğuldurlar. Bu tikilinin divarlarının uzunluğu hər tərəfdən 20 metrdir. 200 metrlik böyük həyəti vardır. Ortada isə eni 17 və uzunluğu 7 metr olan əsas otaq vardır. Qazıntılar zamanı məlum olub ki, bina 4 böyük sütun üzərində tikilibmiş. Bu sütunların iki tərəfinin uzunluğu 1.5 metrə çatır. Məscidin cənub-qərb divarının yarısında iki mehrab vardır.

http://iqna.ir/fa/news/3800942

captcha