İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində ölkənin universitetləri arasında keçirilən Milli Tələbə Qurani-Kərim yarışlarının qalibləri mükafatlandırılıb.
İmam Hüseyn (ə) ziyarətgahının Darul-Quran idarəsi və "Varisul-Ənbiya" universitetinin həmkarlığı təşkil edilən bu yarışlar qrup şəkilində keçirilib.
İmam Hüseyn (ə) ziyarətgahının Akademik Təhsil Mərkəzinin məsulu Şeyx Xeyruddin əl-Hadi bu barədə deyib: Qurani-Kərimin hifzi, tilavəti və təfsiri üzrə iki mərhələdə keçirilən yarışlarda Babil, Bağdad, Kərbəla, Bəsrə, Vasit, Məsna, Varisul-Ənbiya və Texnologiya universitetlərindən 10 qrup iştirak edir.
O əlavə edib: Yarışlarda Bəsrə və Bağdad universitetlərinin komandası birinci və ikinci yerləri qazanıblar. Qaliblərə mükafatlar və hədiyyələr verilib.
Şeyx Xeyruddin əl-Hadi vurğulayıb: Bu yarışlar Quranın hifzi, tilavəti və təfsiri ixtisasları üzrə komanda şəkilində keçirilib.
Universitet tələbələri arasında keçirilən Qurani-Kərim yarışlarının hədəfi Qurann mədəniyyətini elm ocaqlarında inkişaf etdirmək və Quran sahəsində parlaq istedadları tanımaq və tanıtmaq olub.
http://iqna.ir/fa/news/3800973