IQNA

İrlandiya polis müsəlman qadınları hicabdan istifadə edəcək

6:54 - April 07, 2019
Xəbər sayı: 3484951
Cənubi İrlandiyada da Şimali İrlandiya, Avstraliya, Kanada, Britaniya, Yeni Zelandiya və İskoçyada olduğu kimi müsəlman polis xanımlara öz dinlərinə uyğun geyimdən istifadə etməyə icazə verilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Cənubi İrlandiyanın polis alaylarında işləyən müsəlman xanımlar üçün İslami hicabdan istifadə etmək azad olacaq. 

Bu barədə İrlandiyanın daxişi ilşlər nazirliyinin polis rəsmiləri bəyanat yayıb.

İrlandiya polisinin rəsmi bəyanatında deyilir: Cənubi İrlandiyada da Şimali İrlandiya, Avstraliya, Kanada, Britaniya, Yeni Zelandiya və İskoçyada olduğu kimi müsəlman polis xanımlara öz dinlərinə uyğun hicab və geyimdən istifadə etməyə icazə verilir. Müsəlman polis xanımları bundan sonra İslami örtükdən istifadə edə bilərlər.

Cənubi İrlandiya polisinin rəsmisi Drev Harris deyib: Ümid edirik ki, dövlətin bu addımı cəmiyyətin müsəlman azlığını polis qüvvələrində xidmət etməyə təşviq edəcəkdir.

İrlandiya polisi İslam mədəniyyətinə uyğun polis geyimlərinin dizayn olunacağı barədə də məlumat verib.

Qeyd edək ki, 2016-cı ilin rəsmi hesabatına əsasən Cənubi İrlandiyada 65 müsəlman yaşayır.   

http://iqna.ir/fa/news/3801068

captcha