İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Qurani-Kərimin hifzi və peşəkar qiraəti üzrə keçirilək 36-cı Beynəlxalq Qurani-Kərim yarışlarında Hindistanı iki nəfər Quran hafizi və qarisi təmsil edəcək.
Bu iki nəfər Vəhdət Həftəsi münasibəti ilə Hindistanda keçirilən 19-cu Milli Qurani-Kərim yarışlarında birinci yeri qazanıblar.
Kəlkətə şəhərindən Məhəmməd Əkrəm Qurani-Kərimin hifzi və Maharaştra əyalətindən Cabir Əhməd Qurani-Kərimin qiraəti üzrə İran İslam Respublikasının 36-cı beynəlxalq Quran yarışlarında iştirak edəcəklər.
Qeyd edək ki, İran İslam Respublikasının 36-cı beynəlxalq Quran yarışlarında iştirak edənlər seçim mərhələsini öz ölkələrində keçiriblər. Aprel ayının 10-dan 14-dək isə Tehranın İmam Xomeyni (r.ə) müsəllasında keçiriləcək yarımfinal mərhələsində iştirak edəcəklər.
İran İslam Respublikasının 36-cı beynəlxalq yarışlarının yarımfinal mərhələsinin yekun mərasimi Aprel ayının 14-də günün ikinci yarısında keçiriləcəkdir.