IQNA

Mavritaniyada Quran hifzi dərnəkləri keçirildi

7:54 - April 10, 2019
Xəbər sayı: 3484969
Bu dərnək Mavritaniyanın Milli Elmlər Akademiyasının mədəni və təbiyəvi komitəsinin təşəbbüsü, İSESCO və "Dünya Kitab və Sünnət Heyəti"nin həmkarlığı ilə təşkil edilib.

Mavritaniyada Quran hifzi dərnəkləri keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alakhbar.info" informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən, həftənin ikinci günü, 9 Aprel 2019-cu il, Mavritaniyanın paytaxtı Nuakşotda Qurani-Kərimin hifzi metodlarının araşdırılması dərnəyi keçirilib.

Quran hifzi metodlarının araşdırılması dərnəyi Quran sahəsində avtik olan mütəxəssislərin və araşdırmaçıların iştirakı ilə keçirilib.

Bu dərnək Mavritaniyanın Milli Elmlər Akademiyasının mədəni və təbiyəvi komitəsinin təşəbbüsü, İSESCO və "Dünya Kitab və Sünnət Heyəti"nin həmkarlığı ilə təşkil edilib.

Üç gün keçirilən bu dərnəkdə Senegal, Qambiya, Mali və Ginedən nümayəndələr iştirak edib.

Dərnəkdə Qurani-Kərim hafizlərinin cəmiyyətin tərbiyəsində rolu və Quran müəssisələrinin fəaliyyətlərinin genişləndirilməsindəki tərisi məsələləri müzakirə edilib.

Habelə Quran elmlərinin öyrədilməsində, Quran hifzi qaydalarının asanlaşdırılmasında və Quran təfsirinin təlimlərində müasir texnologiyadan istifadənin rolu məsələsi də dərnəkdə araşdırılıb.       

http://iqna.ir/fa/news/3802413

captcha