IQNA

Şri-Lanka terror partlayışlarında ölənlərin sayı artıb

11:25 - April 24, 2019
Xəbər sayı: 3485036
Şri-Lankanın paytaxtı- Kolombo şəhərində baş vermiş terror partlayışlarında ölənlərin sayı 359 nəfərə çatıb.

Şri-Lanka polisi bundan öncə bildirmişdi ki, Kolombo şəhərinin kilsələri və otellərində törədilmiş terror partlayışlarında 321 nəfər ölüb, 500-dən çox insan da yaralanıbdır.

Ölənlərin təqribən 35 nəfəri xaricidir.

Şri-lanka polisinin məlumatına görə, daha 18 şübhəlinin həbs olunması ilə Kolombo terror partlayışları ilə bağlı həbs olunan şəxslərin sayı 58 nəfərə çatıb.

İŞİD terror qrupu Kolombo terror partlayışlarının məsuliyyətini öz üzərinə götürüb.

Sahartv

Teqlər: şri-lanka ، terror ، iqna ، Kolombo ، quran
captcha