IQNA

Nəcəf əhalisi Səudiyyə konsulluğunun açılmasına "YOX" dedilər!

16:25 - April 27, 2019
Xəbər sayı: 3485043
İraqın Nəcəful-Əşrəf şəhərinin sakinləri bu şəhərinin şərəfini saxlayaraq terrorist Səudiyyə Ərəbistanın bu müqəddəs şəhərdə konsulluğunun açılmasına etirazlarını bildiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəful-Əşrəf şəhərinin sakinləri bu şəhərinin şərəfini saxlayaraq terrorist Səudiyyə Ərəbistanın bu müqəddəs şəhərdə konsulluğunun açılmasına etirazlarını bildiriblər.

Nəcəf əhalisi şəhərin divarlarına parçalar və plakardlar yapışdıraraq Səudiyyənin bu şəhərdə konsulluq açmasına etiraz bildirən şüarlar yazıblar.

Əyalət cavanları şəhərin müxtəlif yerlərində asılan və vurulan plakardlara "Səudiyyənin konsulluğunun açılması, yəni təhlükəsizliyə ƏLVİDA", "Nəcəf əhalisi terrorist səudiyyənin konsulluğunun bu şəhərdə açılmasını məhkum edir" və "vəhabi səudiyyə rejimi İmam Əlinin (ə) şiələrinin ən pis düşmənidir" kimi şüarlar yazıblar.

Qeyd edək ki, İraq dövləti iki həftə öncə Səudiyyənin Nəcəf şəhərində konsulluq açması ilə razılaşmışdı.

مخالفت مردم نجف با افتتاح کنسولگری عربستان

Terrorist, təkfirçi və vəhabu rejimi olan Səudiyyə dövləti dünyada qanı tökülən bütün müsəlmanların, xüsusi ilə də şiələrin qətlində birbaşa təqsirkardır. Bu həyasız rejim İmam Əli (ə) şiələri ilə aşkar düşmənçilik etdiyi və Hicazda yaşayan şiələri müxtəlif bəhanələrlə edam etdiyi halda yenə də şiələrin çırpınan qəlbi olan Nəcəfdə konsulluq açmaq fikrinə düşüb. Səudiyyənin bu günlərdə 32 şiəni terrorizmlə mübarizə adı altında edam etməsi dünyanın, xüsusi ilə də şiələrin nifrət və qəzəbinə səbəb olub.   

http://iqna.ir/fa/news/3806827

Teqlər: iqna ، səudiyyə ، nəcəf ، konsulluq
captcha