İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının paytaxtı Moskvada fəaliyyət göstərən İslam Universitetinin Qurani-Kərim müəllimlərindən biri şiə məzhəbindəndir.
O, Rusiya baş müftisinin göstərişi və sifarişi ilə bu ölkənin müxtəlif şəhərlərinin dini mədrəsələrində Quran tədris edir.
Moskvada fəaliyyət göstərən İslam Universitetinin Qurani-Kərim müəllimi Namiq Abışov İQNA ilə müsahibəsində dedi: Hər il vaxtaşırı olaraq Rusiyanın müxtəlif məscidlərində fəaliyyət göstərən Əhli-Sünnə imamları üçün təkmilləşdirilmə kursları təşkil edirik.
Namiq Abışov dedi: Quran fəaliyyətləri və bu mövzuda təkmilləşdirmə kursları Rusiyanın müftilər idarəsi tərəfindən mənə tapşırılıb. Təkmilləşdirmə kurslarında Əhli-Sünnə imamlarına Quranın səs, ləhn, təcvid ixtisası öyrədilir və həmçinin Quran müəllimlərinin yetişdirilməsi üçün çalışırıq.
O əlavə etdi: Moskva şəhərində də Quran dərsləri tədris edilir. Qurani-Kərimin müxtəlif mövzuları və ixtisasları üzrə fənlər öyrədilir.
http://iqna.ir/fa/news/3806943