IQNA

Şeytan evində iftar süfrəsi açılıbmış

12:35 - May 15, 2019
Xəbər sayı: 3485138
ABŞ prezidenti Donald Tramp: Ramazan Amerika müsəlmanları və bütün dünya müsəlmanları üçün müqəddəs aydır. Və insanların birgə sülh və ümid tələbi ilə dua etmələri üçün münasib fürsətdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən gecə, həftənin ikinci günü, 14 May 2019-cu il, Amerikanın prezidenti Donald Tramp Ağ Evdə mübarək Ramazan ayı münasibəti ilə iftar süfrəsi açıb.

Ağ Evdə açılan iftar süfrəsində müxtəlif müsəlman ölkələrinin diplomatik nümayəndələri iştirak ediblər.

Müsəlman ölkələrin diplomatik nümayəndələri və səfirlərinin iştirakı ilə keçirilən iftar süfrəsində Tramp çıxış edərək deyib: Ramazan Amerika müsəlmanları və bütün dünya müsəlmanları üçün müqəddəs aydır. Və insanların birgə sülh və ümid tələbi ilə dua etmələri üçün münasib fürsətdir.

Donald Tramp müsəlmanların, yəhudilərin və xsristianların ibadət ocaqlarına edilən terror hücumlarını xatırladaraq deyib: Terror qurbanlarının xatirinə terrorizmlə və dinlərin davamçılarını əziyyət edənlərlə, hamı qorxu və təhlükə olmadan ibadət etsinlər və iman ilə yaşasınlar deyə, mübarizə aparırıq.

Ağ Evin başçısı çıxışının sonunda deyib: Bütün dünya müsəlmanlarına bərəkətli Ramazan arzulayırıq.        

http://iqna.ir/fa/news/3811472

Teqlər: tramp ، donald ، iftar ، iqna
captcha