IQNA

Omanda Quran yarışlarının yekun mərasimi keçirildi

11:24 - May 20, 2019
Xəbər sayı: 3485163
Dünən, həftənin Bazar günü, 19 May 2019-cu il, Omanın paytaxtı Məsqətdə "Adəm Övladları" (Bəni-Adəm) devizi ilə keçirilən Quran yarışlarının yekun mərasimində qaliblər elan edilib və mükafatlandırılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Omanın Quran qiraəti və hifzi üzrə keçirilən 15-ci milli Qurani-Kərim Yarışlarının yekun mərasimi keçirilib.

Dünən, həftənin Bazar günü, 19 May 2019-cu il, Omanın paytaxtı Məsqətdə "Adəm Övladları" (Bəni-Adəm) devizi ilə keçirilən Quran yarışlarının yekun mərasimində qaliblər elan edilib və mükafatlandırılıb.

Mübarək Ramazan ayında keçirilən qiraət və hifz yarışlarında Omanın müxtəlif əyalətlərindən 200 nəfər iştirak edib.

Quran yarışları 14 yaşından yuxarılar və 14 yaşından aşağılar arasında Qurani-Kərimin 15-cüz hifzi, Quranın kamil hifzi və peşəkar qiraəti ixtisası üzrə keçirilib.

http://iqna.ir/fa/news/3812959

Teqlər: oman ، məsqət ، quran hifzi ، qiraət ، tilavət
captcha