IQNA

Hindistanda Quran-Kərimlə üns məclisi – Foto

10:59 - June 02, 2019
Xəbər sayı: 3485250
Hindistanın Kargil şəhərinin "Saliskut" rayonunun "əz-Zəhra (s)" hüseyniyyəsində mübarək Ramazan ayı münasibəti ilə Qurani-Kərimlə üns məclisi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Kargil şəhərinin "Saliskut" rayonunun "əz-Zəhra (s)" hüseyniyyəsində mübarək Ramazan ayı münasibəti ilə Qurani-Kərimlə üns məclisi keçirilib.

Quranla üns məclisində İran İslam Respublikasının ezam olunmuş beynəlxalq qari Məsud MüvəhhidiRad, Saliskutun Cümə namazı xətibi Höccətul-İslam vəl-müslimin Seyid Kazim Sabiri, tələbə və şagirdlər və region əhalisi iştirak edib.

Mərasim regionun Quran qarisi Məhəmməd Taha Şairinin tilavəti ilə başlayıb və iranlı qari Məsud MüvəhhidiRadın qiraəti ilə davam edib. Mərasimin davamında şagirdlər tərəfindən Quranın şənində şer deyilib.

Saliskutun Cümə namazı xətibi Höccətul-İslam vəl-müslimin Seyid Kazim Sabiri mərasimdə çıxış edərək deyib: İranlı Quran qarilərinin ölkəmizin yarışlarında və Quran məclislərində iştirakı İlahi nemətdir. İran İslam Respublikasının qarilərinin vücudu və İslam İnqilabının bərəkətinə şiə dünyada izzətlidir. Cavanlarımız gərək elm və din sahəsində beynəlxalq səviyyədə uğurlar qazanan iranlı cavanları özlərinə nümunə qərar versinlər.  

http://iqna.ir/fa/news/3816500/

برگزاری محفل انس با قرآن در «کارگیل» هند

برگزاری محفل انس با قرآن در «کارگیل» هند

برگزاری محفل انس با قرآن در «کارگیل» هند

برگزاری محفل انس با قرآن در «کارگیل» هند

 

captcha