IQNA

Moskvada İmam Xomeyninin (r.ə) anım mərasimi keçirildi – Foto

11:33 - June 04, 2019
Xəbər sayı: 3485264
İslam İnqilabının qurucusu və müsəlmanların dahi rəhbəri İmam Seyid Ruhullah Musəvi Xomeyninin (r.ə) vəfatının 30-cu ildönümü münasibəti ilə Rusiyanın paytaxtı Moskva şəhərində anım mərasimi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabının qurucusu və müsəlmanların dahi rəhbəri Həzrət Ayətullah Üzma Seyid Ruhullah Musəvi Xomeyninin (r.ə) vəfatının 30-cu ildönümü münasibəti ilə Rusiyanın paytaxtı Moskva şəhərində anım mərasimi keçirilib.

İmam Xomeynin (r.ə) vəfatının anım mərasimi dünən, həftənin birinci günü (3 İyun 2019) Moskvada yaşayan şiələrin Həzrət Fatimə (s) adına hüseyniyyəsində keçirilib.

Azəri dilində keçirilən bu mərasimdə İslam İnqilabının Ali Rəhbərinin Moskvadakı nümayəndəsi və Moskva İslam Mərkəzinin rəisi Höccətul-İslam vəl-müslimin Sabir Əkbəri Ciddi çıxış edərək İmam Xomeyninin (r.ə) həyatı və şəxsiyyəti barədə danışıb.

Mərasimdə İran İslam Respublikasının Rusiyada yaşayan vətəndaşları, İslam İnqilabının və İmam Xomeyninin (r.ə) şəxsiyyətini vurğunları və Rusiyada yaşayan Azərbaycanlı müsəlmanlar iştirak ediblər.   

http://iqna.ir/fa/news/3817164

بزرگداشت سالگرد ارتحال امام(ره) در مسکو + عکس

بزرگداشت سالگرد ارتحال امام(ره) در مسکو + عکس

بزرگداشت سالگرد ارتحال امام(ره) در مسکو + عکس

captcha