IQNA

Gənclər Fələstin ölkəsinin Fələstin xalqına qayıdacağı günü görəcəklər

0:30 - June 06, 2019
Xəbər sayı: 3485282
Ali Dini Rəhbər Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşüb. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali Dini Rəhbər Ayətullah Xamenei hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşüb. 
 
Ayətullah Xamenei görüşdə çıxışı zamanı İslam ümmətini Fitr bayramı münasibətilə təbrik edib.  "Böyük İslam ümmətinin dünyanın müxtəlif məntəqələrində yaşayan bütün nümayəndələrini, müxtəlif sferalarda Allahın nemətlərini və hidayətini qəbul etmək ləyaqətinə malik olduğunu sübuta yetirmiş böyük və şanlı İran xalqını, eləcə də sizi – möhtərəm iştirakçılar, hökumət rəsmiləri, qonaqlar – müsəlman ölkələrinin möhtərəm səfirlərini mübarək Fitr bayramı münasibətilə təbrik edirəm." 
 
Fitr bayramının mesajının İslam ölkələri arasında vəhdət və birlik olduğunu  bildirən Ayətullah Xamenei qeyd etdi ki, İslam dünyasının bugünkü problemlərinin  həlli yolu  Quranın «اَشِدّاءُ علَی الکفّار»   “kafirlərə qarşı şiddətli”  və «رُحَماءُ بَینَهُم»   “öz aranızda isə mehriban” olun çağrışına əməl etməkdədir. İslam alimləri və ziyalıları  bu çağrışın yerinə yetirilməsi üçün  daha çox çalışmalıdırlar.
 
Düşmənlərin müsəlmanlar arasında  qarşıdurma və müharibə yaratmaq üçün  planlar hazırladığını deyən Ayətullah Xamenei  bildirb ki, İslam ölkələri  bir-birinin qarşısında durmaq əvəzində  Fələstində  qəsbkar  düşmənin  cinayətlərinə qarşı çıxmalıdırlar.
Sionist rejimlə  saziş və müsəlmanlar arasında ixtilaf yaratmağa çalışan bəzi İslam ölkələrinə tövbə edib yanlış yoldan geri dönməyi tövsiyə edən Ayətullah Xamenei  bildirib ki,  nə üçün  Liviya kimi müsəlman ölkəsində iki qrup bir-biri ilə vuruşmalı, bir-birinin qanını tökməlidir?  Nə üçün  İslam iddiasında olan bir ölkə  Yəmən xalqını və bu ölkənin infrastrukturunu bombalamalı və düşmənlərin istəyini yerinə yetirməlidir?
 
Ayətullah Xamenei Fələstin məsələsinin bu gün  İslam dünyasının ilk məsələsi adlandırıb və  ABŞ və sionist rejimin məqsədlərinə xidmət edən bəzi müsəlman ölkələrini tənqid edib.  “İran İslam Respublikası  ilk gündən Fələstin xalqının müdafiəsinə qalxdı, hegemon güclər qarşısında müqavimət göstərdi və göstərəcək.”
 
“Qələbə Fələstin xalqı ilədir” deyən Ayətullah Xamenei bildirb ki, İslam Respublikasının  yəhudilərlə bağlı baxışı bəzi sabiq ərəb ölkə rəhbərlərinin “yəhudiləri dənizə tökmək lazımdır” baxışı kimi deyil. Biz düşünürük ki, Fəlsətin xalqının hərtərəfli – həm siyasi, həm mədəni, həm də hərbi sahələrdə mübarizəsi qəsbkarların bu xalqa təslim olacağı vaxtadək  davam etməlidir.  “İslam Respublikasının  təklifi  Fələstində yaşayan müsəlman, məsihi və yəhudilər, eləcə də, düşərgələrdə yaşayan fələstinlilər  arasında bu ölkədəki hökumət sistemi ilə bağlı  sorğu keçirməkdir.  Fələstin xalqının mübarizəsi davam etməlidir.  Allahın lütfü ilə  bu mübarizədə  Fələstin xalqı  sonda qələbə çalacaq və gənclər Fələstin  ölkəsinin  Fələstin xalqına qayıdacağı günü görəcəklər.
Teqlər: iqna ، xamenei ، qüds ، fələstin
captcha