IQNA

Avropa ölkələrində məscidsiz paytaxt qalmadı

12:02 - June 07, 2019
Xəbər sayı: 3485283
Avropa ölkələrinin axırıncı məscidsiz paytaxtı da bu gün, həftənin Cümə günü, 7 İyun 2019-cu il, məscidə sahib olacaq. Afinada açılacaq bu məsciddə eyni zamanda 300 kişi və 50 qadın namaz qıla biləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropa ölkələrinin axırıncı məscidsiz paytaxtı da bu gün, həftənin Cümə günü, 7 İyun 2019-cu il, məscidə sahib olacaq.

Yunanın paytaxtı Afina şəhərində bu gün uzun illər mübahisəli qalmış və tikilməsi ilə müxalifət edilmiş ilk məscidin rəsmi şəkildə açılış mərasimi keçiriləcək.

Məscidin açılış mərasimində Yunanıstanın rəsmiləri, o cümlədən Dini İşlər və Təhsil Naziri Kustas Gavuroğlu iştirak edəcək.

Osmanlı ipmeriyasının süqutundan sonra Afinada məscid olmayıb. Və son illərdə Avropa ölkələri arasında məscidi olmayan yeganə paytaxt hesab edilirdi.

Afinada bu məscidin tikintisinə başlandıqda radikallar tərəfindən müxalifətlə üzləşmiş və bu üzdən məscidin açılışı indiyədək dəfələrlə geriyə atılmış və gecikmişdi. Bu gün də məscidin açılış mərasimi keçiriləcəyinə rəğmən məsciddə camaat namazı qılınmayacaq. Çünki məscidin idarə heyəti hələ də məlum deyil və seçilməyib.

Afina məscidi digər ölkələrdəki məscidlərdən fərqlidir. Çünki minarəsi və səsucaldıcısı yoxdur və habelə bu məsciddə səsucaldıcıdan istifadə qadağandır. Və təkcə Ramazan ayında 24 saat açıq olacaqdır. Digər günlərdə isə təkcə namaz vaxtlarında fəaliyyət göstərəcəkdir.

Afina məscidində eyni zamanda 300 kişi və 50 qadın namaz qıla biləcəkdir. 

http://iqna.ir/fa/news/3817450

Teqlər: afina ، yunanistan ، məscid ، iqna
captcha