IQNA

Yenə də Əqsa məscidinin gözətçisi həbs edildi

7:05 - June 09, 2019
Xəbər sayı: 3485299
Əqsa məscidinin gözətçisi döyüldükdən sonra həbs edilib. ٍٍSəbəb isə israil əsgərlərinin Əqsa məscidinin şərqində yerləşən "Babur-Rəhmət" müsəllasına ayaqqabı ilə daxil olmalarına etiraz etməsi olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, 8 İyun 2019-cu il, səhər saatlarında, sionist polis nəfərləri Əqsa məscidinə hücum edərək gözətçini vəhşicəsinə döyüblər.

Əqsa məscidinin gözətçisi Muhannad İdris döyüldükdən sonra həbs edilib. Buna səbəb isə onun mənfur israil rejimi əsgərlərinin Əqsa məscidinin şərqində yerləşən "Babur-Rəhmət" müsəllasına ayaqqabı ilə daxil olmalarına etiraz etməsi olub.

Qeyd edək ki, İsrail məhkəməsi iki ay öncə "Babur-Rəhmət" darvazasının bağlanılması barədə qərar vermişdi. Bu qərardan sonra İsrail silahlıları bu qapıda dayanan müsəlman gözətçiləri həbs etməyə başlayıblar.  

Xatırladırıq ki, fələstinli müsəlmanlar 2003-cü ilin 22 Fevral tarixində ilk dəfə Babur-Rəhmətin bağlı qapıları arxasında namaz qıldılar. Həmin tarixdən indiyədək bu qapı mövzusunda qarşıdurmalar davam edir.

http://iqna.ir/fa/news/3817690

captcha