IQNA

Səud qırıcıları Sənaya hücum ediblər

12:54 - June 16, 2019
Xəbər sayı: 3485329
Səud koalisiyasının qırıcıları Yəmənin paytaxtı Sənanı bombalayaraq, bu şəhərin yaşayış massivlərinə xəsarətlər vurublar.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, səud qırıcıları bu gün səhər tezdən Sənanın "60-cı qərb" küçəsinin yaxınlığında yerləşən bir məntəqəni bombalayıblar.

Səud qırıcıları həmçinin Səna əyalətinin Əlsurə rayonunda yerləşən Ələruq məntəqəsini və Əlsiyanə düşərgəsini hədəfə alıblar.

Səna hava limanının ətrafında yerləşən Əldəyləmi hava bazası da səud qırıcılarının hücumları hədəfinə çevrilibdir.

Yəmən ordusu və xalq komitələri qüvvələri də səud muzdurlarının Əlsaqiyyə məntəqəsindəki mövqelərini hədəfə alaraq, onlardan bir qrupunu öldürüblər.

Teqlər: səud ، yəmən ، iqna ، quran ، məscid
captcha