IQNA

İndoneziya universitetləri Quran hafizlərini imtahansız qəbul edir

16:42 - July 05, 2019
Xəbər sayı: 3485452
İndoneziya universitetləri "Müvəffəqiyyət Yolu" proqramı əsasında Quran hafizlərinin ali təhsil ocaqlarının incəsənət, texnologiya və digər elmi ixtisasları üzrə imtahansız qəbulu layihəsini hazırlayıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziya cavanları üçün qiraət bir növ fəzilətdir ki, dindarda olmalıdır. Onlar uşaqlıq çağından Quran oxumağı öyrənir, bəziləri Quranı hifz edirlər. Buna görə dövlət təhsil ocaqları da cavanların bu layiqli işini mükafatlandırmaq fikrindədir.

İndoneziyanın dövlət universitetləri "Müvəffəqiyyət Yolu" proqramı əsasında Quran hafizlərinin ali təhsil ocaqlarının incəsənət, texnologiya və digər elmi ixtisasları üzrə imtahansız qəbulu layihəsini hazırlayıblar.

Dövlət universitetlərinin on bir faizi "Müvəffəqiyyət Yolu" proqramının icrası yönündə bu layihəni qəbul edəcəkləri gözlənilir.

http://iqna.ir/fa/news/3824277

captcha