IQNA

Qazaxıstanın baş müftisi Tehranın vəhdət konfransında iştirak edəcək

9:00 - August 13, 2019
Xəbər sayı: 3485688
İran İslam Respublikasının Qazaxıstandakı Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Əli Kibriyayizadə Qazaxıstanın Müsəlmanlar İdarəsinin rəis müavini Baurjan Yəsmaxan ilə görüşüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Qazaxıstandakı Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Əli Kibriyayizadə Qazaxıstanın Müsəlmanlar İdarəsinin rəis müavini Baurjan Yəsmaxan ilə görüşüb.

Bu görüşdə iki ölkənin müştərək dini və mədəni əlaqələri və müasir dünyada dinlərarası konstruktiv qarşılıqlı əlaqənin zəruriliyi barədə danışılıb.

İran İslam Respublikasının Qazaxıstandakı Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Əli Kibriyayizadə Qazaxıstanın Müsəlmanlar İdarəsinin rəisi və baş müftisi Sərikbay Haci Urazı cari ilin Noyabr ayının 14-dən 16-dək Tehranda keçiriləcək "Beynəlxalq Vəhdət Konfransı"nda iştirak etmək üçün dəvət edib.  

Qeyd edək ki, Qazaxıstanın Müsəlmanlar İdarəsinin rəisi və baş müftisi Sərikbay Haci Urazın Tehranda keçiriləcək "Beynəlxalq Vəhdət Konfransı"nda iştirak etmək üçün dəvət təşəbbüsü İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının rəisi Ayətullah Əraki tərəfindən irəli sürülüb.  

Baurjan Yəsmaxan Qazaxıstanın Müsəlmanlar İdarəsinin faəliyyətləri barədə danışaraq deyib: Ölkə əhalisinin 70 faizini müsəlmanlar təşkil edir. Ölkədə 3 mindən çox məscid fəaliyyət göstərir.   

http://iqna.ir/fa/news/3833834/

captcha