IQNA

Məhərrəm ayının 4-cü günü Kərbəlada baş vermiş hadisələr

12:16 - September 04, 2019
Xəbər sayı: 3485769
Bu sözü canu-dildən eşidin və itaət edin. Sonra minbərdən aşağı gəlib Şam əhalisi üçün də, bəxşişlər hazırladı və göstəriş verdi bütün şəhərə car çəksinlər ki, camaat hərəkət etməyə hazırlaşsın.
Məhərrəm ayının bu günündə Übeydullah camaatı Küfə məscidinə toplayaraq özü minbərə çıxıb dedi:
 
Ey camaat! Siz Süfyan ailəsini imtahan etdiniz və onları istədiyiniz kimi gördünüz. Yezidin də gözəl ənənəsi və davranış tərzini tanıyırsınız! əlinin altında olanlara ehsan və yaxşılıq edər! Onun bəxşişləri yerində və münasibdir! Atası da, bu cür idi! İndi Yezid göstəriş verib ki, sizin bəxşişlərinizi çoxaldam və mənə bir miqdar pul göndərib ki, sizin aranızda bölüşdürməli, sizi onun düşməni olan Hüseyn (ə) ilə döyüşə göndərməliyəm!
 
Bu sözü canu-dildən eşidin və itaət edin. Sonra minbərdən aşağı gəlib Şam əhalisi üçün də, bəxşişlər hazırladı və göstəriş verdi bütün şəhərə car çəksinlər ki, camaat hərəkət etməyə hazırlaşsın.
 
Ömər Sə`din Kərbəlaya ezam olmasından sonra Şimr ibn Zil-Cövşən ilk şəxs idi ki, dörd min təlim görmüş qoşunla birgə imam Hüseynlə (ə) döyüşməyə hazır olduğunu bildirdi. Sonra Yezid ibn Rikab Kəlbi iki min nəfər ilə və Hissin ibn Nimir dörd min nəfər ilə, Məzayir ibn Rəhinə Mazəni üç min nəfər ilə, Nəsr ibn Hərşə iki min nəfər ilə döyüşə hazır olduğlarını bildirdilər ki, bunların hamısı birgə on beş min nəfər oldu.
 
Maide.Az 
 
Teqlər: iqna ، məhərrəm ، aşura
captcha