IQNA

Aşura günü Kərbəlada dronların uçuşu qadağan edildi

12:37 - September 08, 2019
Xəbər sayı: 3485790
Aşura günü pilotsuz təyyarə və dronların Kərbəla səmasında uçuşu qadağan edilib. Bu barədə Kərbəlanın əyalət şurası məlumat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Aşura günü pilotsuz təyyarə və dronların Kərbəla səmasında uçuşu qadağan edilib. Bu barədə Kərbəlanın əyalət şurası məlumat verib.

Kərbəla əyaləti şurasının katibi Hüseyn əl-Əbudi dronların Aşura günü Kərbəla səmasında uçuşunun qadağasının səbəblərini açıqlayaraq bu barədə çıxarılmış qərar ilə bağlı deyib: Bu qərar təkcə dronlara və pilotsuz uçaqlara aiddi və təkcə Aşura günü mərasiminin sonuna qədər icra ediləcəkdir.

O vurğulayıb: Bu qərar ölkədə baş verən son hadisələrə və təhlükəsizlik məsələlərindəki nöqsanların qarşısını almaq üçün verilmişdir.

əl-Əbudi əlavə edib: Təkcə mərkəzi "Fərat" əməliyyatı komandanlığı Aşura günü Kərbəla səması üzərindən dronları havaya qaldıra bilər.  

Kərbəla əyaləti şurasının katibi həmçinin bildirib ki, Aşura günü Kərbəla səmasında uçan və İmam Hüseyn (ə) ziyarətgahına yaxınlaşan hər bir dron, dost və düşmən olmasına baxmayaraq dayandırılacaqdır.

 http://iqna.ir/fa/news/3840839

 

Teqlər: iqna ، aşura ، kərbəla ، dron
captcha