IQNA

Lahurda uşaqlar arasında Quran və Azan yarışları keçirilib

12:12 - September 13, 2019
Xəbər sayı: 3485812
Pakistanın Lahur şəhərində İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə uşaqlar və yeniyetmələr arasında Quran və Azan yarışları keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Lahur şəhərində İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə uşaqlar və yeniyetmələr arasında Quran və Azan yarışları keçirilib.

Lahurun Darul-Quran müəssisəsinin həmkarlığı ilə keçirilən yarışlarda qızlar və oğlanlar qiraət, hifz və Azan ixtisasları üzrə yarışıblar.

Yarışlarda İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Əli Əkbər Rzayifərd, Lahurun Darul-Quran müəssisəsinin məsulları və əlli nəfər uşaq və yeniyetmə iştirak edib.

Açılış mərasimi Quran tilavəti ilə başlayıb. Mərasimdə İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Əli Əkbər Rzayifərd İslam İnqilabının qələbəsinin Quran maarifinin yayılmasındakı rolundan danışıb.

Yarışların sonunda fərqlənən yarışçılara Mədəniyyət Əlaqələri İdarəsi tərəfindən mükafatlar və hədiyyələr verilib.  

http://iqna.ir/fa/news/3841717

Teqlər: iqna ، pakistan ، lahur ، azan ، quran
captcha