IQNA

Dağıstanda korlar üçün Quran hifzi mərkəzi açıldı

23:32 - September 18, 2019
Xəbər sayı: 3485834
Rusiya federasiyasının Dağıstan muxtar respublikasının paytaxtı Mahaçqala şəhərində korlar üçün yeni Quran hifzi təlimi mərkəzi istifadəyə verildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının Dağıstan muxtar respublikasında korlar üçün yeni Quran hifzi təlimi mərkəzi istifadəyə verildi.

Dağıstanın müftilər idarəsinin təşəbbüsü ilə təsis edilmiş Quran hifzi mərkəzinin açılış mərasimi paytaxt Mahaçqalada keçirilib.

Mərasimdə müftilər idarəsinin rəisi Şeyx Əhməd Əfəndi çıxış edərək deyib: Bu mərkəz ümid edir ki, görmə müşkülü olanların Quran öyrənmək barədə arzularının həyata keçməsində onlara yardımçı olacaq.

Bu mərkəzdə görmə qüsuru olan qız və oğlanlar təhsil alacaqlar. Onlara Quran hifzindən əlavə digər dini dərsələr və dünyəvi elmlər də öyrədiləcək.  

Qeyd edək ki, bu mərkəz Dağıstanda görmə qüsuru olanlar üçün təsis edilmiş ikinci dini təhsil müəssisəsidir.  

http://iqna.ir/fa/news/3843166

captcha