IQNA

İQNA-nın müxbiri ƏRBƏİN Dünya Mükafatını qazandı

23:58 - October 01, 2019
Xəbər sayı: 3485900
Mərasimdə hər kateqoriya üzrə ilk beş yeri qazananlar mükafatlandırılıb. Qaliblərə nağd pul, təşəkkürnamə və mükafat simvolu verilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, 1 Oktyabr 2019-cu il, Tehranda film, foto və səfərnamə kateqoriyalarında təşkil edilmiş V ƏRBƏİN Dünya Mükafatının yekun mərasimi keçirilib.

İslami Təbliğat və Əlaqələr Təşkilatının təşəbbüsü ilə keçirilən bu mərasimdə İQNA-nın Urdu dili bölməsinin Pakistandan olan müxbiri Seyid Məhəmməd Hüseyn Hüseyni "səfərnamə" yazmaqda beşinci yeri qazanıb. Bu kateqoriyada Əliağa Möhsünü (Əfqanıstan), Bətul Zəhra Akyol (Türkiyə), Seyid Məhəmmədcəfər Məhmudi (Əfqanıstan) və Nimra Nasir (İtaliya) sıra ilə birdən dördədək yerləri bölüşüblər.

Mərasimdə hər kateqoriya üzrə ilk beş yeri qazananlar mükafatlandırılıb. Qaliblərə nağd pul, təşəkkürnamə və mükafat simvolu verilib.

Foto kateqoriyasında İranlı iştirakçılar Züheyr Seydanlu ikinci yeri və Film kateqoriyasında Məhəmməd Kərimzadə dördüncü yeri əldə ediblər.

http://iqna.ir/fa/news/3846449

captcha