İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanda İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə keçirilən AŞURA sərigisi başa çatıb.
Pişavər şəhərində keçirilən sərigdə AŞURA mövzusunda hüsnxətt və rəsm əsələri nümayiş olunub.
Yekun mərasimində İran İslam Respublikasının baş konsulu Məhəmməd Baqirbəyi, Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Mehran İskəndəryan, "Binəzir Butu" universitetinin İranlı incəsənət müəlliməsi xanım Əfşin Zaman, Pakistanın XeybərPəxtunxah əyalətinin məşhur incəsənət ustası Ənvər Xan, tələbələr və incəsənət adamları iştirak ediblər.
İmam Hüseynin (ə) və Kərbəla karvanının Mədinədən Mədinəyədək şücaət və qəhramanlıq dastanlarını və məzlumiyyət səhnələrini cilvələndirən sərginin qaliblərinə müxtəlif mükafatlar və hədiyyələr verilib.