İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hamburqun İslami və Humanitar Elmlər institutunun Avstriya şöbəsinin elmi direktoru Katrin J. Brezanskinin İslami əxlaq və irfandan, xüsusi ilə də Mövlananın əsərlərindən ilham alaraq yazılmış yeni əsərinin təqdimat mərasimi keçiriləcək.
Bu əsər Hamburq İslami və Humanitar Elmlər istitutunun nəşriyyatı tərəfindən "Langsamkeit der freien Menschen" adı ilə çap və nəşr edilmişdir.
Əsərin təqdimat mərasimi Oktyabr ayının 19-da Almaniyanın Hamburq İslami və Humanitar Elmlər institutunun Avstriya şöbəsində keçiriləcək.