IQNA

Malaziyada eşitməyənlər üçün Quran proqramı istehsal edildi

9:24 - October 06, 2019
Xəbər sayı: 3485922
Bu layihənin rəhbəri  Norakyairee Mohd Raus deyib ki, bu proqramın içində Malaziya dövlətinin İslam qanunları məsləhət şurası təsdiq etdiyi tərcümə də mövcuddur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın İslami Elmlər Akademiyası eşitməyənlər üçün Quran təlimi proqramı istehsal ediblər.

Malaziyanın İslami Elmlər Akademiyasının (Universiti Sains Islam Malaysia) "İbn Məktum" adına tədqiqat mərkəzinin (Ibnu Ummi Maktum Research Centre ) hazırladığı bu proqram eşitməyənlərə Qurani-Kərimi oxumağı öyrənmək üçün kömək edəcək.

Bu layihənin rəhbəri  Norakyairee Mohd Raus deyib ki, bu proqramın içində Malaziya dövlətinin İslam qanunları məsləhət şurası təsdiq etdiyi tərcümə də mövcuddur.

O əlavə edib: İndiyədək Qurani-Kərimin 11 surəsinin tərcüməsini proqrama daxil etmişik. Layihənin davamı üçün isə maddi köməyə ehtiyac var.    

http://iqna.ir/fa/news/3847409

Teqlər: quran ، iqna ، malaziya ، ibn məktum
captcha