IQNA

İslam İnqilabının Ali Məqamlı Rəhbəri:

İran və İraq milləti Əhli-Beyt (ə) sevgisi ilə bir-birinə möhkəm bağlıdır

8:39 - October 07, 2019
Xəbər sayı: 3485928
Ayətullah Xamenei vurğulayıb: "Düşmənlər İran və İraq milləti arasında təfriqə və ayrılıq salmağa çalışırlar, amma bacarmayıblar və onların hiylələri təsir etməyəcəkdir."

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) dünya müsəlmanlarının lideri və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənablarının əsərlərinin qorunması və nəşri dəftərxanasının "twitter" sosial şəbəkəsindəki Ərəbdilli rəsmi səhifəsinə istinadla verdiyi xəbərə görə, Həzrət Ayətullah Xamenei son günlərdə İraqda baş verənlərə işarə edərək vurğulayıblar: Düşmənlər İran və İraq milləti arasında təfriqə və ayrılıq salmağa çalışırlar. Amma onlar indiyədək bunu bacarmayıblar və onların hiylələri təsir etməyəcəkdir.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları buyurub: İran və İraq milləti Allaha olan imanları, Əhli-Beytə (ə) və İmam Hüseynə (ə) olan sevgiləri ilə ürəkdən və candan bir-birlərinə bağlanmış iki millətdir. Hər gün keçdikcə də bu bağlılıq daha da çoxalacaqdır.  

http://iqna.ir/fa/news/3847866

Teqlər: iqna ، İraq ، iran ، İmam xamenei
captcha