IQNA

Amerikada "Hüseyn (ə) günü" yürüşü keçiriləcək

9:02 - October 07, 2019
Xəbər sayı: 3485929
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb və müsəlmanlar Oktyabr ayının 12-də, günün birinci yarısında, saat 10:00-dan 15:00-dək keçiriləcək bu yürüşə dəvət ediliblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Kaliforniya əyalətinin San-Fransisko şəhərində "Hüseyn (ə) günü" yürüşü keçiriləcək.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb və müsəlmanlar Oktyabr ayının 12-də, günün birinci yarısında, saat 10:00-dan 15:00-dək keçiriləcək bu yürüşə dəvət ediliblər.

Yürüş çərçivəsində Quran tilavət ediləcək, Aşura mövzusunda şeir oxunacaq, qan hədiyyə ediləcək və imkansızlara qida məhsulları paylanılacaq.

Mərasimin keçirilməsində Amerika şiələrinin İslam mərkəzləri və təşkilatları, o cümlədən "Məhəmmədiyyə", "Fatimiyyə" və "Quba" İslam mərkəzləri, İmam Hüseyn (ə) məscidi, Həzrət Fatimə (s) məscidi və "Rəsul (s) məscidi" həmkarlıq edəcəklər.   

http://iqna.ir/fa/news/3847634

captcha